AZ Sığorta
99/1 İ. Qutqaşınlı küç.
Bakı, Azərbaycan AZ1073
Tel: (+994) 12 497 34 30
Mob: 050 496 44 44
info@azinsurance.eu
Azərbayanda ilk sığorta provayderi

Tez-tez Verilən Suallar

e-Sığorta nədir?

e-Sığorta Azərbaycanda səyahət sığortasının əldə edilməsinin yeni üsuludur. Sığorta şirkətinin ofisinə gedib, işçilərlə danışmaq əvəzinə, evdə rahat oturub, bir neçə əməliyyatla sığorta əldə edə bilərsiniz. Sadəcə, lazım olan məlumatı daxil edin, və biz sizə ən uyğun hesabı verəcəyik. əgər razı olsanız, Azərbaycanda ilk onlayn ödəmə sistemi olan GoldenPay ilə ödəyə bilərsiniz. Ödəmə təsdiq olunan kimi (adətən, bir neçə saniyə çəkir) biz sığorta şəhadətnaməsini sizə kuryer vasitəsilə göndərəcəyik ki, siz onu viza ərizələrində və ya səyahət zamanı istifadə edə biləsiniz.

Hansı növ sığortaları əldə edə bilərəm?

Hal-hazırda yalnız səyahət sığortasını onlayn əldə etmək olar. Yaxın gələcəkdə başqa növ sığortalar da AZ Insurance vasitəsilə onlayn mümkün olacaq.